“Real”ın gənc ulduzunda koronavirus aşkarlandı

Madrid “Real”ının futbolçusu Martin Edeqorun koronavirus testi müsbət nəticə verib.
Bu barədə “Onda Cero” radiostansiyası məlumat yayıb.
21 yaşlı yarımmüdafiəçi ev şəraitində təcrid olunub. “Real” isə ilkin nəticələri təsdiqləmək üçün təkrar testin nəticələrini gözləyir.
Xatırladaq ki, Edeqor ötən mövsüm icarə əsasında “Real Sosyedad”ın formasını geyinib və 36 qarşılaşmada yeddi qol vurub. Madrid “Real”ının heyətindəfutbolçu üç qarşılaşmaya çıxıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu