Fındıq tarlasını dərmanladı, tanınmaz hala düşdü


Fındıq sahəsini dərmanlayan qadın üzündə yanma şikayətiylə xəstəxanaya aparılıb.
"Sherg.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Kocaeli qəsəbəsinin Gümüşoluk məhəlləsində baş verib.  Belə ki, Hatice Ç. amerikalı ağ kəpənəyinə qarşı  dərmandan fındıq tarlasında istifadə edir.

Evinə qayıdan qadın bir müddətdən sonra üzündə yanma hiss etməyə başlayır.

Üzünün şişdiyini görən yaxınları onu Kocaeli Dövlət Xəstəxanasına aparırlar. Həkimlər onun pestisidlərdən təsirləndiyini bildirib.
Qeyd edək ki, Hatice.Ç müalicə alınaraq evə buraxılıb.

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu