Vəfat etmiş qohumlarının külünü qaynadılmış bananla qarışdırıb yeyirlər - FOTOLAR

Yanomami qəbiləsinin  qəribə ənənələri hər kəsi təəccübləndirir

Braziliya və Venesuela sərhədləri daxilində yaşayan "Yanomami  qəbiləsi"  qəribə ənənələri ilə hər kəsi təəccübləndirir. 
"Sherg.az" xarici mətbuata istinadən xəbər verir ki, dünyada bir çox qəbilələr var və onların hər birinin də özünəməxsus fərqli adətləri mövcuddur. Belə qəbilələrdən biri də "Yanomami  qəbiləsi" dir. Dünya əhalisi ilə heç bir təması olmayan bu qəbilə şiddətə marağı ilə diqqət çəkir. Xüsusilə də, qəbilənin kişiləri zorakılığa daha çox meyillidirlər. Qəbilə qadınları böyük heyvanları ovlamaq və öldürməkdən başqa bütün ev işlərindən cavabdehdirlər.


Onlar qidalarının yüzdə 80 faizini öz bağlarından qarşılayır. Yanomami qadınları bağlarında məhsul bitənə qədər torpağı əkməklə məşğul olurlar. Amazon bölgəsində torpaq çox məhsuldar olmadığı üçün onlar bağlarını iki-üç ildən bir başqa yerlərə köçürmək məcburiyyətində qalırlar. Ov qəbilə yeməyinin yüzdə onunu təşkil etsə də, ovçuluq kişilər arasında çox vacib sayılır.

Ov qaydaları arasında öldürdükləri heyvanın ətini yeməmək də var. Belə ki, hər ovçu özü öldürdüyü heyvanı başqasına verir. Əldə edilən ovlar qəbilə kişiləri arasında paylanılır. Yanomami qızları çox gənc yaşlarından analarına kömək etməlidirlər.

Müəyyən bir yaşa çatan gənc qızlara evlənmələri  və çox uşaq dünyaya gətirmələri tələb olunur. Menstrual qan qəbilədə zəhərli sayılır. Qəbilədə qohum nikahları daha geniş yayılıb. Əksər də xala uşaqlarının evliliklərinə daha çox rast gəlinir.

Rituallar Yanomami mədəniyyətinin çox vacib bir hissəsi sayılır. Burada hər canlının, daşın, qayanın və ya hər hansı bir əşyanın ruhu olduğu düşünülür.

Bu ruhların bəzən yaxşı, bəzən pis olduğu  deyilir. Qəbilə daxilində təşkil olunan mərasimlərin əksəriyyətinə qadınların gəlməsi qadağandır. Lakin onlar mərasimin hazırlanmasında vacib rol oynayırlar.

Çünki qadınlar böyük mərasimlərdə kişilər üçün yemək və içki hazırlayırlar. Qəbilənin ən maraqlı xüsusiyyətlərindən biri isə vəfat etmiş bir qohumun külünün qaynadılmış bananla qarışdırılıb istehlak edilməsidir.

Bu ənənə Yanomami xalqını gücləndirmək və həmin şəxsin ruhunu yaşatmaq üçün edilir. Bununla da, onlar mərhumun güclərinin onlara keçəcəyinə inanırlar.

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu