“Azərbaycan sivilizasiyalararası dialoqun mərkəzinə çevrilib” 

“Bizim mədəniyyətlərarası dialoqun inkişafı naminə töhfələrimiz dünya ölkələrinə nümunədir”


Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş videoformatda Yüksək Səviyyəli İclas keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev iclas zamanı çıxış edib.
 
Azərbaycan Prezidentinin çıxışı sayca altıncı idi. Dünya üzrə 182 ölkə arasında Azərbaycanın dövlət başçısının sayca altıncı çıxış etməsi, şübhəsiz ki, Prezident İlham Əliyevə həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq səviyyədə göstərilən hörmət və etimadın təzahürüdür.

Qeyd edək ki, dövlətimizin başçısı çıxışını iki hissədə - Qoşulmama Hərəkatının sədri və Azərbaycan Prezidenti kimi edib.


Ölkəmizin başçısı nitq zamanı bir sıra vacib məsələlərə toxunub. Azərbaycanın mədəniyyətlərarası və sivizilizasiyalararası dialoqa böyük töhfələr verdiyi vurğulanıb. “Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindəndir. İki ildən bir Azərbaycanda keçirilən Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumu BMT Baş Assambleyasının qətnamələri ilə “mədəniyyətlərarası dialoqun təşviq olunması üçün əsas qlobal platforma” kimi tanınmışdı”- deyə, prezident əlavə edib. 



Bu barədə “Sherg.az”a fikirlərini bildirən millət vəkili Fəzail Ağamalı Azərbaycanın dünya sivilizasiyasına xidmətlərindən danışıb: 

“Azərbaycan uzun illərdən bəri sivilizasiyalararası dialoqun mərkəzinə çevrilib. Ölkəmiz multikultural dəyərlərə sahibdir. Ayrı-ayrı din nümayəndələrinin sərbəst yaşamalarına şərait yaradılması bunun bariz nümunəsidir.

Xüsusilə Heydər Əliyev fondunun təşəbbüsü ilə ayrı-ayrı ölkələrdə dünya sivilizasiyanın inkişafına böyük töhfələr verilir.

Romada katakombaların təmiri bunun bariz nümunəsidir. Bizim mədəniyyətlərarası dialoqun inkişafı naminə töhfələrimiz dünya ölkələrinə nümunədir”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu