Xatirə xəstəxanadan fotosunu paylaşdı: "Bakıda aldığım qeyri-peşəkar müalicə..." - FOTO

“Məni sevən izləyicilərim, hər şey normaldır, narahat olmayın. Mənə yazan bütün dostlarıma deyirəm: Allah sizə dəyməsin. Mədəmdən müalicə alıram. Düz 8 ildir, ağrıyırdı. Görək bundan sonra nə olacaq. Yəqin ki çox yeməkdəndir”. “Sherg.az” xəbər verir ki, bunu tanınmış müğənni Xatirə İslam İnstaqram səhifəsində yazıb. O xəstəxanadan fotosonu paylaşaraq estetik əməliyyat olduğunu düşünənlərə də cavab verib:

“İnsan ağzını bağlayıb ac qalmasa, heç vaxt arıq ola bilməz. İçdiyimiz su belə kökəldir. Bu isə bütün qidaların süni olması və yaşayış tərzimizlə bağlıdır. Əsəb, stress və sair...Yəni gördüyünüz arıqlar aylarla ac qalır, o da bir iş deyil. Hələ ki, elə bir istəyim yoxdur.



Mən 59 kilodan 76- kiloya qalxdım. Düzdür, buna Bakıda aldığım qeyri-peşəkar müalicə səbəbkardır. Yəni yemək yemədən  dərmanlar içdim ki, bu da məni məhv etdi. Çünki Emilə ya bacı ya da qardaş arzulayırdım.

Çox uğursuz bir iş oldu. Sonda bu çəkiyə gəlib çxıdım. Boşuna şişməyim özümə qaldı. Nə isə bunu da vaxtı gələndə yazacağam ki, hansı həkimə inanmaq lazımdır. Mən müsahibə verə bilmədiyim üçün, burada açıqlamağı düşündüm.

Sizləri öpürəm sağlam canınızın qədrini bilin. Can ağrımağa başladısa, insana nə gözəllik maraqldır, nə arıqlıq, nə də estetiklər. Mənə də dualar edin ki, sağ salamat evimə, ailəmə, balama dönüm”.

Qeyd edək ki, müğənni bir müddət öncə ailəsi ilə birgə Türkiyəyə yola düşüb.

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu