Düşmən bilmir ! - “Bir əsgərimizə görə, minlərlə gəncimiz ayağa qalxır”


“Hərbi komissarlıqda oldum və gənclərimizin necə vətənpərvər olduqlarını gördüm”

“İnanıram ki, Azərbaycanın bütün bölgələrində belə gənclərimiz var. Vətənpərvər gənclərimizlə fəxr edirik”

Son günlər sərhəddə baş verən hadisələr vətəndaşlarımızın hərbi vətənpərvərlik hissini bir daha üzə çıxardı. Təbii ki, xalqımız hər zaman yüksək iradə və əzmkarlığı ilə seçilib. Lakin bu duyğular vəziyyətin gərginləşdiyi zamanlarda özünü daha çox büruzə verir. Bu günə qədər torpaqlarımız uğrunda canını fəda edən igid oğullarımızın sayı kifayət qədər çox olub. Amma bu şücaətlilik, qorxmazlıq və igidlik nümunəsi bugünkü gənclərimizdə də var.

Təsadüfi deyil ki, Şəmkir və Tovzuda baş verənlərdən sonra igid oğulllarımız könüllü olaraq orduya yazılıb. Bütün bunlar onu göstərir ki, torpaqlarımız uğrunda canından keçməyi üstün tutan vətənpərvər gənclərimiz var. Bu, hər birimiz üçün qürurlu, sevindircidir və fərəhli bir hissdir. 

Xüsusi təyinatlı hərbçi, Qarabağ qazisi Natiq Mehdiyev “Sherg.az”a bildirib ki, şəhid xəbərini eşitmək hər birimiz üçün üzücü bir haldır:

“Mənfur düşmənlərimizə bir məlumatı çatdırmaq istəyirəm: onlar elə bilirlər ki, şəhidlərimiz olduqca bir türkün məhvini yerinə yetirirlər. Amma  düşünmürlər ki, hər dəfə şəhid xəbəri eşitdikcə, gənclərimiz ordu sıralarına könüllü getmək üçün daha çox can atırlar. Düşmən bilmir ki, hər vurduqları Azərbaycan əsgərinə görə 5 min-10 min Azərbaycan gəncini ayağa qaldırırlar”.

N.Mehdiyev qeyd edib ki, bir neçə gündür vətənpərvər gənclərimiz könüllü olaraq orduya yazılırlar:  

“Qazax rayonu hərbi komissarlığında oldum və gənclərimizin necə vətənpərvər olduqlarını gördüm. İnanıram ki, Azərbaycanın bütün bölgələrində belə gənclərimiz var. Vətənpərvər gənclərimizlə fəxr edirik. Ordu sıralarından yaralandığıma görə tərxis olunmağıma baxmayaraq, mən də könüllü olaraq orduya yazılmışam. İnşAllah tezliklə müharibə başlayar və bizi də çağırarlar”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu