Ramin Bayramlıdan əhalinin koronavirusa qarşı vaksinasiyası ilə bağlı AÇIQLAMA

“Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət stabildir”.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Koronavirusla Mübarizəyə Dəstək Fondunun (KMDF) İctimai Nəzarət Şurasının SARS-CoV-2 virusuna qarşı vaksinasiya məsələləri ilə bağlı iclasında deyib.

O bildirilib ki, ölkəmizdə koronavirusla mübarizə istiqamətində tədbirlər öz nəticəsini göstərib:

“Vaksinlərin alınması üçün vəsait KMDF-dən ayrılacaq:

“Bugünkü iclasda İctimai Nəzarət Şurasına məlumat veriləcək və Şuranın razılığı ilə vaksinin alınması üçün KMDF-dən vəsait ayrılacaq.

R.Bayramlı bildirib ki, Azərbaycanda koronavirusa qarşı peyvəndin kimlərə vurulacağı ilə bağlı strategiya hazırlanır:

“Hazırda Azərbaycan koronavirusa qarşı peyvəndlə bağlı həm ikitərəfli, həm də çoxtərəfli danışıqlar aparır. Hazırda dünyada doqquz şirkət peyvənd hazırlığının üçüncü mərhələsindədir. Həmin peyvəndlərdən hansı beynəlxalq səhiyyə qurumları tərəfindən təsdiq olunacaqsa, Azərbaycan da vaksini tətbiq edən ilk ölkələr sırasında olacaq”.

TƏBİB sədri qeyd edib ki, aparılan araşdırmalara əsasən, ilkin mərhələdə əhalinin 20 faizinə koronavirusa qarşı vaksinin vurulması epidemioloji vəziyyətə müsbət təsir göstərə bilər:

“Vaksinlərlə bağlı Azərbaycanda iki istiqamətdə iş aparılır”.

Onun sözlərinə görə, bir istiqamət vaksinin ölkədə istehsal edilməsi, digər istiqamət isə xaridən alınaraq Azərbaycana gətirilməsidir:

“Vaksinlərin hazırda Azərbaycanda istehsal imkanı mümkün görünmür, nəinki Azərbaycanda bir çox ölkələrdə bu, mümkün deyil. Öna görə də əsas istiqamət vaksinlərin xaricdən gətirilməsidir”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu