“Əlillərin təhsilə olan münasibətini stimullaşdırmaq vacibdir”


2020/2021-ci tədris ili üçün 1 nömrəli Bakı Tibb Kollecinin “İdman və müalicə masajı” ixtisasına gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, müsabiqədə 1-ci və 2-ci dərəcəli gözdən əlil abituriyentlər iştirak edə bilərlər.

Əlillər üçün təhsilin əlçatanlığı vacib nüanslardan biridir. “Təhsil haqqında” qanunuda qeyd olunub ki, dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. Maraqlıdır gözdən əlil abituriyentlər üçün plan yerlərinin sayı çoxaldıla bilərmi?



Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu “Sherg.az”a bildirib ki, öncə ölkənin əlil abituriyentlərinin sayını dəqiq bilmək lazımdır:

“Bir qayda olaraq abituriyentlərin ümumi sayına uyğun plan yerləri ayrılmalıdır. Əlil abituriyentlər üçün seçim imkanları olmalıdır. Təbii ki, ixtisas seçimində və plan yerlərində hansısa uyğunsuzluq varsa, yer çatmırsa, bu, qəbulolunmazdır”. 

Ekspert vurğulayıb ki, əlillərin təhsilə olan münasibətini stimullaşdıracaq tədbirlərin görülməsi vacibdir:

“Bu tədbirlər əlillərin öz potensiallarını dəyərləndirmək və real imkanlara, fəaliyyətə çevirmək baxımından əsas resurs rolunu oynayır. Əlillərin sosial-ictimai həyatda tam iştirakını və bərabərliyini, cəmiyyətə inteqrasiya və adaptasiyasına töhvə verəcək işlər görülməlidir.

Sağlamlıq imkanları məhdud olan şəxslərin də təhsil almaq imkanı hər zaman dövlətin diqqətindədir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu