“Ordumuz istənilən təxribatın qarşısını almağa hazırdır”

 “Eyni zamanda istənilən döyüş əməliyyatını uğurla yerinə yetirməyə qadirdir”

“Cənab Ali Baş Komandan əmr verərsə, xalqımız da, on minlərlə könüllülərimiz də savaşa hazırdır”


Son günlər sərhəddə baş verənlər bir daha sübut etdi ki, Azərbaycan ordusu mənfur düşmənə lazımi cavabı verməyə daim hazırdır. Millətimizin və dövlətimizin dayağı olan şanlı ordumuz düşmən təxribatına uymadan, şərəfli savaşına davam edir. 

Xalqımız hər zaman əsgərlərimizin, dövlətimizin arxasında həmrək şəkildə dayandığını nümayiş etdirir. Orduya könüllü yazılan gənclər millətimizin döyüşə tam hazır olduğunu göstərir. Sevindirici haldır ki, onların sırasında igid oğullarımızla yanaşı, qeyrətli qızlarımız da var. 
Lakin sosial şəbəkələrdə dezinformasiyalar yayaraq əhalini təlaşa salan, orduya qarşı güvəni sarsıtmağa çalışan şəxslərin olduğunu da təəssüflə vurğulamaq lazımdır. 

Bu qürurlu günlərlə bağlı “Sherg.az”a danışan tanınmış hərbi diktor, vətənpərvərlik mahnılarının ən mahir ifaçısı Şəmistan Əlizamanlının da  dediyi kimi narahat olmağa ehtiyac yoxdur:

“Ordumuz istənilən təxribatın qarşısını almağa hazırdır. İstənilən döyüş əməliyyatını uğurla yerinə yetirməyə qadirdir.
Cənab Ali Baş Komandan əmr verərsə, xalqımız da, on minlərlə könüllülərimiz də savaşa hazırdır. İnşallah bu son döyüş olar, qələbə ilə başa çatar.
Hamımız bir yerdə bu böyük qələbəmizi qeyd edərik”. 

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu