QDİƏT XİN başçılarının qeyri-formal görüşü keçiriləcək

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) ölkələrinin Xarici İşlər nazirləri Şurasının qeyri-formal görüşü keçiriləcək.
APA-nın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, görüşə Rusiya XİN başçısı Sergey Lavrov da qatılacaq.
Sentyabrın 25-də keçiriləcək görüş videokonfrans formatında baş tutacaq.
Görüşdə pandemiya sonrası əməkdaşlıq perspektivləri müzakirə olunacaq. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu