“Özbəkistan lideri Azərbaycan Prezidentinin təşəbbüsünü dəstəkləyir”

Özbəkistan prezidenti Şavkat Mirziyeyevin BMT Baş Assambleyası sessiyasındakı çıxışı bir daha onu göstərdi ki, bu ölkə Azərbaycan prezidenti İlham Əliyevin  koronavirusla mübarizəsi ilə əlaqədar olaraq BMT-nin xüsusi sessiyasının çağırılması təşəbbüsünü tam dəstəkləyir və bu təşəbbüsü konkret təkliflərlə zənginləşdirməyə hazırdır”.


“Sherg.az” xəbər verir ki, bu barədə politoloq İlqar Vəlizadə bildirib. Ekspert diqqətə çatdırıb ki, prezident Mirziyeyevin təşəbbüsü ilə  koronavirusa qarşı peyvəndin hazırlanması üçün aparılan beynəlxalq elmi tədqiqatlar bütün ölkələr üçün əlçatan olmalıdır:

“Bundan əlavə, Daşkənd pandemiya zamanı vahid davranış kodeksinin hazırlanmasını da zəruri bilir. Son günlər Özbəkistanda COVID-19-a yoluxanların sayı yenidən artır və ölkə rəhbərliyinin təşəbbüsləri bu tendensiyanın qarşısını almaq istəyindən və eyni zamanda bu işdə beynəlxalq səviyyədə birgə səylərinin göstərilməsinin zərurətindən  irəli gəlir.

Həmçinin Mərkəzi Asiyada əməkdaşlığına dair bir neçə vacib təşəbbüs Türkdilli Ölkələrin Əməkdaşlıq Təşkilatının ərazisini əhatə edir və xalqlar arasında dialoqu daha da möhkəmləndirir”. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu