"Vətən üçün canım fəda!"

Nazilə Səfərli: "Sizin evə gələn çağırış vərəqəsindən, inşallah, bizim də evə gələr"

Bu günlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir.

 Sözügedən məsələ xalq arasında yüksək əhval-ruhiyyə ilə qarşılanıb. Hamı hər zaman döyüşə hazır olduğunu dilə gətirib.
Tanınmış şairə Nazilə Səfərli də bu barədə instaqram səhifəsində paylaşım edib.

“Sherg.az” xəbər verir ki, o, şəhid ailələrinə səbr diləyərək bunları yazıb:

“Oğullarını, ərlərini, atalarını Vətən yolunda döyüşə yola salan qadınlar. Kişiləriniz sağ-salamat qayıtsınlar. Sizin evə gələn çağırış vərəqəsindən, inşallah, bizim də evə gələr. Vətən üçün canım fəda!”.

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu