"Çin Hindistanla müzakirəyə, Tayvanı isə ram etməyə hazırlaşır”

Çin-Hindistan sərhəddində iyul ayında hər iki tərəfdən onlarla hərbçinin ölümüylə nəticələnən silahlı insident baş verib. İnsidentdən sonra Dehli və Pekin generallar səviyyəsində dialoq  bərpa etməyə qərar veriblər. Görüş yeri kimi elə dağlıq hissədəki insidentə səbəb olan məkan seçilib. Əlbəttə, danışıqlarda qısa müddətdə müsbət nəticənin əldə ediləcəyini gözləmək doğru deyil. İki ölkə arasında uzunmüddətli danışıqlara ehtiyac var. Hindistan sərhəddəki qoşunların hər iki tərəfdən geri çəkilməsini istəyir. Əslində əvvəl də belə idi. İnsident Çinin sərhəddin dağlıq hissəsinə əlavə qoşun bölmələri yeritməsindən sonra baş verdi. Nəticədə Hindistan sərhəddin dağlıq hissəsindəki silahlı qüvvələrini artırmağa qərar verdi. Bu isə sərhəddə hər an yenidən toqquşma ehtimalını artırır.

Bir müddət öncə Hindistan və Çin nümayəndələri Şanxay Əməkdaşlıq Təşkilatının Moskvada keçirilən növbəti toplantısında bir araya gəldilər, fikir mübadiləsi apardılar. Moskva iki tərəfdaşı arasında gərginliyin azaldılmasını istəyir. Əlbəttə, Moskva üçün Çinlə strateji tərəfdaşlığın davamı vacibdir. Ancaq Moskva Çinə görə Hindistanla da münasibətləri soyutmaq istəmir. 




Çinin ABŞ-la Tayvan arasında əlaqələrin inkişafından narazı olduğunu deyən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a bildirib ki, bu günlərdə ABŞ dövlət katibinin müavini Keyt Kraç Tayvana səfər edib. Bu, 1979-cu ildən bu yana Amerika yüksək rütbəli rəsmisinin Tayvana ilk səfəri idi. 

Analitik vurğulayıb ki, Amerika Tayvana 7 milyard dollar dəyərində silah satmağı planlaşdırır:

“Buna cavab olaraq Çinin dəniz qüvvələri Tayvan sahillərinə yaxın sularda hərbi təlimlərə başlayıblar. Məsələ burasındadır ki, Çin Tayvanın öz ərazisi sayır. Çində 1949-cu ildə vətəndaş müharibəsində kommunistlər qələbə çalıdqdan sonra general Çan Kayşi olmaqla onların rəqiblər Tayvan adasına qaçaraq adada öz dövlətlərini yaratdılar. Vaşinqton Çinlə diplomatik münasibətlər qurduqdan sonra Tayvanla diplomatik əlaqələri kəsdi”. 

Politoloq qeyd edib ki, Amerika ilə Çinin yeni başlayan dostluğu keçmiş SSRİ-yə qarşı idi. SSRİ dağıldı və Çin Amerikanın əsas probleminə çevrildi:

“1990-cı illərdən başlayaraq Amerika Tayvanla təmaslarını yenidən bərpa etdi. Amerika Tayvana həm silah satır, həm iqtisadi əlaqələri inkişaf etdirir, həm də ada ilə ortaq regional layihələr üzərində planlar qurur. Tayvanla əlaqə quran yalnız Amerika deyil, bəzi Avropa ölkələri o cümlədən Çexiya da ada ilə əməkdaşlıq etməyə çalışır. Məsələn Çexiya parlamentinin sədri bir müddət əvvəl Tayvana səfər edib. Pekin bu səfərdən sonra Praqaya nota verdi. 

ABŞ prezidenti Donald Tramp Çini hədəf seçib və Tayvanla əməkdaşlığın inkişafını təşviq edir. Trampın bu siyasəti Pekində ciddi narazılıq yaradır. Pekinin yeganə ümidi onadır ki, Donald Tramp noyabr ayında prezident seçilməsin. Bunu isə söyləmək çətindir. Tramp rəqibi Cozef Baydenla arasındakı fərqi getdikcə azaldır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu