Erməni yalanı ifşa olundu! - "Azərbaycanın muzdlu döyüşçüyə ehtiyacı yoxdur” - Çürük təxəyyül !

“Azərbaycan ordusu o səviyyədədir ki, hətta müharibə olmasa, ordumuzun sayını azaltmaq barədə də düşünə bilərdik”

“İnanın, müharibə başlasa, Azərbaycan qardaş Türkiyəsiz də Dağlıq Qarabağı azad edə bilər”

“Biz düşmənə lazımi zərbəni endirəcəyik. Özü də ən yaxın zamanda”


Düşmənlər təkcə cəbhə xəttində törətdikləri təxribatlarla kifayətlənmirlər. Həm də başdan-ayağa yalanla dolu məlumatlar, dezinformasiyalar yayır, Azərbaycanı, şanlı ordumuzu ləkələməyə çalışırlar.

Onlar davamlı şəkildə Azərbaycana Suriyadan döyüşçülər gətirilməsi barədə yalanlar yayırlar. Halbuki belə naqisliklərlə məşğul olanlar məhz özləridir.

Məşhur misalda deyildiyi kimi, meymun baxar güzgüyə, adın qoyar özgəyə...

Düşmənin yaydığı dezinformasiyaları “Sherg.az”a təhlil edən hərbi ekspert Üzeyir Cəfərov bunun tamamilə sərsəm fikir olduğu qənaətindədir: 

“Bu, ermənilərin çürük təxəyyülünün növbəti məhsuludur. Bizim heç vaxt muzdlu döyüşçüyə ehtiyacımız olmayıb. Azərbaycan ordusu o səviyyədədir ki, hətta müharibə olmasa, ordumuzun sayını azaltmaq barədə də düşünə bilərdik. Azərbaycanda ildə dörd dəfə çağırış keçirilir. 

Şəxsi heyətimiz olduqca peşəkardır, resurslarımız, texnikamız kifayət qədərdir. Belə bir şəraitdə bizim muzdlu döyüşçüyə nə ehtiyacımız var? Bu günlərdə erməni tərəfi danışıqlara hazır olduğunu deyib. 

Həmin fikirlər sadəcə baş qatmaqdan ötrüdür. Çünki Azərbaycan ordusunun gücünə bələddirlər. İnanın, müharibə başlasa, Azərbaycan qardaş Türkiyəsiz də Dağlıq Qarabağı azad edə bilər. Biz düşmənə lazımi zərbəni endirəcəyik. Özü də ən yaxın zamanda”.

Ü.Cəfərov səslənən fikirlərin məntiqsizliyini əsaslandırıb:

 “Bu, çox uğursuz cəhddir. Tutaq ki, şəxsi həyətimizdə çatışmazlıq var. Amma tanımadığımız, yerə-yurda bələd olmayan suriyalı döyüşçünü niyə çağırmalıyıq ki?

Axı heç onun döyüş qabiliyyətinin hansı səviyyədə olduğunu da bilmirik Elə yaxşı düyüşçüdürsə niyə öz vətənində döyüşmür?! Bəzən ermənilərdən heç bir şüurlu cəmiyyətə, dövlətə, xalqa yaraşmayan açıqlamalar eşidirik. 

Yəni belə bəyanatları ancaq onların özlərindən gözləmək olar”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu