Pərvin açıq-saçıq səhnələrdən danışdı: «Mentaliteti əllərində «bayraq» edirlər» - Qalmaqal ! 

«Onlar bütün gün İnstaqramda «oturub» rəy yazan,insanları təhqir edən insanlardır. Bəyənməyənlər də onlardır»


Son illər Azərbaycanda xarici seriallara maraq xeyli artıb. Hətta həmin filmlərdə rol alan aktyor və  aktrisaların xeyli izləyici kütləsi var. 
Maraqlıdır ki, biz əcnəbi seriallarda, filmlərdə açıq-saçıq səhnələri qəbul edir, maraqla izləyirik. Hətta əcnəbi aktrisaların belə rollarını rəğbətlə qarşılayırıq. Qeyd etdiyimiz kimi, xarici seriallarda həmin görüntüləri normal qarşılasaq da, yerli ekran işlərdə buna tənqidlə yanaşırıq. 
Ən çox da sözügedən rolları canlandıran aktrisalar «top atəşi »nə tutulur. 

Mövzuya münasibət bildirən tanınmış aktrisa Pərvin Abıyeva “Sherg.az”a bunları deyib :  

“Deyirlər ki, «qurd ağacı həmişə içindən yeyər». Bizdə də belə söhbət var. Heç vaxt özümüzü  sevmirik, dəyər vermirik. 
Həmişə başqalarına üstünlük veririk. Bunun səbəbini mən də bilmirəm. Amma düşünürəm ki, mentaliteti əllərində «bayraq » edənlər var. 
Onlar bütün gün İnstaqramda «oturub » rəy yazan,insanları təhqir edən insanlardır. Bəyənməyənlər də onlardır. Amma bu mövzuya normal yanaşanlar da çoxdur.  Bunu hiss eləmişəm”.
“Sizə açıq-saçıq səhnələrlə bağlı təklif gəlsə, qəbul edərsinizmi?” sualımıza aktrisa belə cavab verdi:
“Belə səhnələrə məhdudiyyətim var”.