Bilmək lazımdır ! – «Düşmən daim eşidir, görür, oxuyur» -Sirr verməyin !  

«Sosial şəbəkədəki fəaliyyətimizdə diqqətli olmalı, özünüsenzura tətbiq etməliyik»

«Ümumiyyətlə, internet resurslarından doğru-düzgün istifadə olunmalıdır»


Aprel döyüşlərində, Tovuz hadisələrində olanlar yenə təkrarlanır: ermənilər informasiya məkanında da təxribatlar törədir, hər cür naqisliklərə əl atırlar. Və nəticədə informasiya təhlükəsizliyi məsələsi istər-istəməz yenidən gündəmə gəlir.  Təəssüf ki, bəzən bilmədən düşmənə kömək edirik. Sosial şəbəkələrdə məxfi məlumatları paylaşaraq, müzakirə edərək qarşı tərəfi məlumatlandırırıq. Onlar da bunlardan ustalıqla yararlanıb sərhəddə təxribatlar törədirlər. 

Bəzən də düşmənin təxribatlarına aldanırıq. Yəqin, xatırlayarsınız, cəmi bir neçə ay əvvəl Azərbaycan dilində səlis danışan bir erməninin yaydığı dezinformasiya cəmiyyətimizdə böyük təşviş yaratmış, ajiotaja səbəb olmuşdu. Deməli, bu kimi məqamlara qarşı diqqətli olmalı, düşmənin tülkütək hiyləgər, ilantək zəhərli olduğunu unutmamalıyıq. 

informasiya təhlükəsizliyi barədə «Sherg.az»a danışan hərbi jurnalist, Qarabağ qazisi Rey Kərimoğlu bildirib ki, bu məsələyə dair dövlətin xüsusi Qanunu var:

"Həmçinin Müdafiə Nazirliyinin təlimatları, çap və elektron formada hazırladğı bukletlər də birbaşa konkret istiqamətlə bağlı maarifçiliyə xidmət edir. Amma bu həm də şəxsin dünyagörüşünə, əxlaqına uyğun məsələdir.

Bilmək lazımdır ki, düşmən daim eşidir, görür, oxuyur. Deməli, sosial şəbəkədəki fəaliyyətimizdə diqqətli olmalı, özünüsenzura tətbiq etməliyik.

Ümumiyyətlə, internet resurslarından doğru-düzgün istifadə olunmalıdır. Hərbi hissənin yeri, relyefi, hərbi hissəsinin dislokasiyası, texnikanın hərəkəti barədə məlumat vermək, o cümlədən onun fotosunu, videosunu paylaşmaq və s. adını çəkdiyim  Qanunla qadağandır.

Bunlara əməl olunmadığı halda ciddi problemlər meydana çıxa bilər”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu