Kanalizasiyadan çıxdı - Nəhəng siçovul hamını heyrətləndirdi

Yağan güclü yağışdan sonra kanalizasiyadan çıxarılan 20 ton tullantı arasında olan nəhəng siçovul görənləri heyrətləndirib. 
"Sherg.az" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Meksikada yaşanıb. Burada güclü yağan leysan yağışından sonra kanalizasiya tutulub. 
Kanalizasiya xətlərinin açılması üçün oradan 20 ton tullantının təmizlənməsi vacib olub. Təmizlik işləri apararkən səlahiyyətli şəxslər nəhəng bir siçovul gördükdə baş verənlər qarşısında çox təəccübləniblər. Lakin qısa müddətdə gəmiricinin əsl canlı heyvan olmadığı məlum olub. Siçovulun əvvəlki "Halloween"də istifadə edilmiş və kanalizasiyaya düşmüş bir dekor olduğu tezliklə müəyyənləşib.


Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu