1 yaşlı uşaq 7-ci mərtəbədən düşüb öldü - Fotolar

Valideynlərin başı onlayn dərsə qarışıb, körpə dayənin gözündən yayınıb

Qonşuluqda dayə himayəsində olan 1 yaşlı Kumsal Bayram 7-ci mərtəbədən yıxılaraq həyatını itirib.
"Sherg.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İzzetbey məhəlləsində yaşanıb. Konyanın Çumra səmtində sinif müəllimləri olan Mustafa Bayram və həyat yoldaşı Dəniz Bayram onlayn dərs deyərkən iki qızlarını dayəyə etibar ediblər.

Lakin dayənin səhlənkarlığı ucbatından 1 yaşlı körpə balkonda tarazlığını itirərək eyvandan yıxılıb. Ata qızını Çumra Dövlət Xəstəxanasına çatdırıb. Həkimlərin bütün müdaxiləsinə baxmayaraq, balaca qızcığazın həyatını xilas etmək mümkün olmayıb. Adı açıqlanmayan dayə isə polis bölməsinə aparılıb. Kumsal Bayramın balaca cansız cəsədi Üçler Qəbiristanlığında torpağa tapşırılıb.




Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu