"O dünyaya getdim, qayıtdım"

"Sanki gecə maşın sürürdüm. İşıqlar yanmırdı"

Diabet və ürək xəstəsi olan 68 yaşlı Fuat Odabaşı koronavirusun başlanğıcından bəri evində bütün izolyasiya tədbirlərinə əməl etsə də, "Covid-19" ondan da yan keçməyib.

"Sherg.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, lazım olmadığı təqdirdə  çölə çıxmayan Odabaşı təxminən bir ay əvvəl soyuqlama və titrəmə şikayətləri ilə ailə həkimlərinə müraciət edib. O, sətəlcəm şübhəsi ilə xəstəxanaya göndərilib. Xəstəxanada  "Covid-19" testindən keçərkən nəticələri müsbət çıxıb.

"Gülhane" Təhsil və Araşdırma Xəstəxanasında müalicə alan Fuat səhhəti pisləşdikdən sonra reanimasiyaya aparılıb. Burada müalicəsini davam etdirən Odabaşı sağaldıqdan sonra hər kəsə xəbərdarlıq edib: "Bu xəstəlik həqiqətən çox fərqli bir xəstəlikdir. Televiziyada səlahiyyətliləri daim  izləyirdim. 3 gündür bu dünyada deyildim. Çox qarşılıqlıq var idi. Sanki gecə maşın sürürdüm. İşıqlar yanmırdı. Hər tərəf qaranlıq idi. Bu xəstəlikdən həqiqətən çox təsirləndim. Sanki axirət dünyasına getdim, qayıtdım. Gecə buraya gələndə elə bil peykdən insanlar gəlib məni müalicə edirdilər".
Aynurə Pənahqızı

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu