Terror qruplarından istifadə taktikası Ermənistana məxsusdur

Düşmən doğruları ört-basdır etmək üçün ən çirkin təxribatlara belə əl atır

“Rusiyanın “Moskovski Komsomolets” qəzetində ermənilərə qarşı döyüşmək üçün Azərbaycana “islamçı terrorçular” gətirilməsi haqda böhtan xarakterli məqalə dərc edilib”.
Bu barədə Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Jurnalist Həmkarları İttifaqının sədri Müşfiq Ələsgərli deyib. O bildirib ki, eyni məzmunlu materialın “Nezavisimaya qazeta”da yayımlanması onu göstərir ki, ermənilər Azərbaycanın işğal olunmuş ərazilərinə terror dəstələrinin üzvlərini gətirmələri haqda üzə çıxan faktları ört-basdır etmək üçün ən çirkin maxinasiyalara əl atırlar. Azərbaycanı terror təşkilatları ilə əlaqədə suçlamağa çalışırlar və bunun üçün üçüncü dövlətlərdən istifadə edirlər:


“Terror qruplarından, muzdlulardan istifadə etmək taktikası Ermənistana məxsusdur, Azərbaycana yox. Dünya terror təşkilatları sırasında yer tutan ASOA, ASALA və digər qruplaşmalar ermənilərə məxsus terror təşkilatları kimi tanınıb. Ermənilərə bağlı terror birlikləri Qarabağ müharibəsi ilə yanaşı Livanda, Suriyada fəaliyyət göstəriblər, tanınıblar, ələ keçiriliblər, zərərsizləşdirliblər. İndi ermənilərə yalnız öz terror qrupları kifayət etmir, digərlərindən yardım umurlar”. 

M.Ələsgərli qeyd edib ki, cəbhə xəttində vəziyyət gərginləşib, müharibə təhlükəsi hiss ediləndə Ermənistan PKK kimi terror dəstələrindən kömək istəyir. Onların işğal altındakı Azərbaycan torpaqlarında məskunlaşmalarına şərait yaradır:

“Ermənistan Azərbaycan və Türkiyə kəşfiyyatı tərəfindən aşkarlanmış, sübuta yetirilmiş bu faktdan yayınmaq üçün Rusiyanı işə qatır. Rusiyada ələ alınmış medianın imkanlarından istifadə etməyə çalışır. Rusiya mediasında yer tutan məqalələr heç bir fakt və sübuta söykənmir, sadəcə, erməni mətbuatında yayılan feyk xəbər və tezislərdən istifadə olunub. Amma ermənilər və onlara dəstək verən Rusiya mediasının təmsilçiləri anlamalıdırlar ki, artıq Azərbaycan və Türkiyə tərəfi onların bütün yalan və böhtanlarını ifşa etmək, bunun üçün lazımi faktları tapıb ortaya çıxarmaq gücündədir. Azərbaycana, guya, Suriyadan döyüşçülərin gəldiyi barədə dezinformasiyaları təkzib edən yazışmalar ortaya çıxıb. Yazışmalardan biri belədir: - “Mən “Həmzə Diviziyon komandiri Seyf əbu Bekirlə söhbət elədim və o, “Həmzə” Briqada döyüşçülərinin Azərbaycana transferi barədə bütün iddiaları rədd etdi. Bunu həmçinin Türkiyə Ordusuna bağlı mənbələr də rədd edib”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu