Salyanda xəstəxanaya müayinəyə gələn şəxs öldü

Salyan rayonunda xəstəxanada ölüm hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Salyan Rayon Mərkəzi Xəstəxanasının qarşısında qeydə alınıb.
İlkin məlumata görə, Kürqaraqaşlı kənd sakini Süleymanov Rəhman Qəhrəman oğlu müayinə olunmaq üçün xəstəxanaya gəlib. Xəstəxananın həyətindəki skamyaların birində oturan zaman anidən halı pisləşib və yerə yıxılıb.
O, ilk tibbi yardım göstərilənədək dünyasını dəyişib. Meyit müayinə olunması üçün məhkəmə-tibbi ekspertizaya göndərilib.
Faktla bağlı araşdırma aparır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu