Moskvada 65 yaşdan yuxarı şəxslərdən evdə qalmaları istənildi

Rusiyada Moskva şəhər meri Sergey Sobyanin 65 yaşdan yuxarı şəxslərdən və xroniki xəstəliyi olanlardan evdə qalmalarını istəyib.
“Meduza” xəbər verir ki, həmin şəxslər ehtiyac olmadığı təqdirdə, sentyabrın 28-dək evdən çıxmamalı, məsafədən işləməli və ya məzuniyyət götürməlidirlər.

Onlar mümkün qədər az halda aptekə, mağazaya gedə bilərlər və bu zaman maska və əlcəkdən istifadə etməlidirlər.
Eyni zamanda, Sobyanin işəgötürənlərə müraciət edərək, mümkün qədər çox işçini məsafədən işə cəlb etmələrini istəyib. İş yerlərində sanitariya və epidemioloji təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etmək tövsiyə olunub.

Bundan əlavə, Sobyanin nəqliyyatda, dükanlarda və digər ictimai yerlərdə maska ​​və əlcək rejiminə ciddi riayət edilməsini də istəyib:

“Həqiqətən, heç birimiz builki yazın sərt məhdudiyyətlərinə qayıtmaq istəmirik. Ümid edirəm, özümüzə və yaxınlarımıza qayğı göstərsək, bundan yayına bilərik”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu