TƏBİB-də dəyişiklik: Rəvanə Əliyevaya yeni vəzifə verildi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) struktur dəyişiklikləri edilib.
Dəyişikliyə əsasən, TƏBİB-də mətbuat xidməti vəzifəsi ləğv olunub. 
Mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva qurumun Vətəndaş müraciətləri ilə iş şöbəsinə müdir təyin edilib. 
O, məlumatı Oxu.Az-a təsdiqləyib.
Bildirib ki, mətbuatdan gələn sorğular İctimaiyyətlə əlaqələr şöbəsinin daxilində cavablandırılacaq. 
Həmçinin, Aygün Əliyeva isə TƏBİB-in Sənədlər və vətəndaş müraciətləri ilə iş departamentinin müdiri təyin olunub. 
O, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini vəzifəsində çalışıb.



Paylaş

Bizi Facebookda izləyin
menu
menu