Ermənistanın "təxribat maşını” dayanmır! – “Terror təşkilatları Dağlıq Qarabağda...” 

“Amma beynəlxalq ictimaiyyət hələ də susur. Bu isə çox qorxulu haldır”

 “Dağlıq Qarabağa qeyri-qanuni məskunlaşdırma heç bir beynəlxalq hüquq və normalara sığmır”

“Bu isə təkcə regional deyil, eləcə də, qlobal təxribatdır”


Düşmən sözün əsl mənasında ipə-sapa yatmır. Gah cəbhə xəttində, gah da informasiya məkanında təxribatlar törədir. Bu günlərdə yerli mətbuatda yayılan bir xəbər isə onların acizliklərinin və naqisliklərinin növbəti bariz nümunəsidir. Belə ki, yayılan məlumata görə, guya Azərbaycana Suriyadan muzdlu döyüşçülər gətirilir. Sadəcə gülməlidir. Ümumiyyətlə, ermənilərin bütün hərəkətləri, bəyanatları cəfəngdir. Onlar nə vaxt ciddi olublar ki?!



Millət vəkili Cavid Osmanov düşmənin informasiya məkanındakı təxribatları barədə “Sherg.az”a danışıb. O, erməni yalanlarını sərt tənqid edib: 
“Ermənilər təxribat törətməkdə davam edirlər. Suriyadan, Livandan müxtəlif terror təşkilatlarının Dağlıq Qarabağa yerləşdirilməsi, qeyri-qanuni köçürmələr və s. bunun bariz nümunəsidir.
Amma onlar həm də informasiya məkanında dinc dayanmırlar. Məqsəd isə dünya ictimaiyyətinin diqqətini bizə çəkməkdir.
Bunu yerli mətbuatda yalanlar yaymaq, azərbaycanlı adı ilə sosial şəbəkələrdə saxta profillər açmaqla yanaşı, həm də erməni lobbisi vasitəsilə edirlər.

Amma beynəlxalq ictimaiyyət hələ də susur. Bu isə çox qorxulu haldır. Biz ayıq-sayıq olmalı, yalnız Müdafiə Nazirliyinin yaydığı məlumatlara istinad etməli, inanmalıyıq. Əks halda dezinformasiyalar daha çox yayıla bilər. Yəni canlı toqquşmalarla yanaşı, informasiya müharibəsinə qarşı da diqqətli olmalıyıq”. 
C.Osmanov, həmçinin bildirib ki, dünya ictimaiyyəti baş verənlərə səssiz qalmamalıdır:

“Düşmən öz təxribatlarını bizim boynumuza yıxmaq istəyir. Halbuki onların əməllləri, o cümlədən Dağlıq Qarabağa qeyri-qanuni məskunlaşdırma heç bir beynəlxalq hüquq və normalara sığmır. Həm də onlar tarixi saxtalaşdırırlar. Bu isə təkcə regional deyil, eləcə də, qlobal təxribatdır”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu