Hücum əmri gözlənilir ! - “Ordumuzun qələbəsinə şübhəniz olmasın” 

“Silahlı qüvvələrimizin təminatı yüksək səviyyədədir. Üstəgəl, qardaş türklər də yanımızdadır” 

“Ən yaxın zamanda qüdrətli, şanlı Azərbaycan ordusunun uğurlarının şahidi olacağıq”


Azərbaycan tarix boyu naxələflərə, düşmənlərə qarşı mübarizə aparıb. Bu, indi də belədir. Otuz ilə yaxındır, xəyanətkar Qərb qonşularımız-ermənilərlə müharibə şəraitindəyik. Müxtəlif vaxtlarda düşmənlərimiz dəyişsə də, çox çətin mübarizələr versək də, sonda haqq-ədalət yerini tapıb. Bu isə xalqımızın, millətimizin hərbi-vətənpərvərlik ruhu sayəsində mümkün olub. 


 Əvvəlki əsrlərdə olduğu kimi, bu gün də əzmkarlıq ruhu ilə döyüşürük. Yenə də bizə uzadılan əlləri kəsməyə hazırıq. 

 Ehtiyatda olan polkovnik Elxan Qaniyev “Sherg.az”a açıqlamasında tarixi qələbəyə inamını ifadə edib: 



“Azərbaycan ordusu torpaqlarını azad etməyə qadirdir. Hələ 1992-ci ildə mən komandir olanda dörd ay 18 yaşlı əsgərlərə təlim keçmişdim. Ardınca isə hücuma keçdik və 34 kəndi, onlarca yüksəkliyi azad etdik.

İndi ordumuzun vəziyyəti qat-qat yaxşıdır. Silahlı qüvvələrimizin təminatı yüksək səviyyədədir. Üstəgəl, qardaş türklər də yanımızdadır.

Belə bir şəraitdə heç kimin qələbəyə şübhəsi olmasın. Biz erməni əsgərləri ilə, onlar isə sərhəd ərazilərdə yaşayan mülki əhali ilə müharibə aparırlar. Düşmənlərimizdən fərqli olaraq, əsla qadına, uşağa atəş açmarıq.

Bu, qanımızda, mənəviyyatımızda yoxdur. Azərbaycanın ali baş komandanı münaqişəni sülh yolu ilə həll etmək isəyirdi.

Amma Ermənistan sülhə gəlmədi,  əksinə təxribatlarını davam etdirdi.  Deməli, yeganə yol genişmiqyaslı hərbi əməliyyatlardır. Mənim 68 yaşım var. Keçmiş döyüşçü, ehtiyatda olan polkovnik kimi bu gün də döyüşə qatılmağa, gənc əsgərlərimizlə çiyin-çiyinə vuruşmağa hazıram. Bir daha deyirəm, mənim qələbəyə şübhəm yoxdur.
Ən yaxın zamanda qüdrətli, şanlı Azərbaycan ordusunun uğurlarının şahidi olacağıq”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu