Koronavirusa yoluxan şagirdlərin sayı AÇIQLANDI

Təhsil Nazirliyi şagirdlərin koronavirusa yoluxması halları ilə bağlı statistikanı açıqlayıb.
Nazirlikdən "Sherg.az"a verilən məlumata görə, sentyabrın 25-də 86 şagird və 3 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.
Daha 13 şagird və 7 işçi heyəti koronavirusa yoluxub.
Nəticədə daha 2 sinif distant təhsilə keçirilib. Distant təhsilə keçirilmiş siniflərin sayı 11-ə çatıb. İndiyə qədər ölkə üzrə bir məktəb distant təhsilə keçirilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu