“Charlie Hebdo”nun qarşısında piyadalara hücum edildi: Dörd nəfər yaralı 


Fransanın Paris şəhərində silahlı şəxslər yoldan keçənlərə maçete ilə hücum ediblər.

BFM xəbər verir ki, həmin ərazidə əvvəl “Charlie Hebdo” həftəlik-satirik nəşrinin redaksiyası yerləşib.

Hücum nəticəsində dörd nəfər yaralanıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Bir müddət sonra cinayətkarlardan biri Bastiliya meydanının yaxınlığında tutulub. Onu paltarında olan qan ləkəsi ələ verib.

Hücumda ikinci şübhəli “Charlie Hebdo”nun köhnə binasının yanında saxlanılıb.

Qeyd edək ki, sentyabrın əvvəllərində jurnal Məhəmməd Peyğəmbərlə bağlı karikatura nəşr etdiyinə görə təhdid mesajları alıb. 2015-ci ilin yanvarında eyni formada karikaturalara görə “Charlie Hebdo”nun redaksiyasına terrorçular hücum ediblər. Nəticədə 12 nəfər ölüb. Bundan sonra nəşrin redaksiyası başqa rayona köçürülüb. Onun ünvanı gizli saxlanılır, jurnalistləri isə 80-dən çox polislə qorunur.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu