Vahid KİV Bankı yaradılır?

“Mətbuat Şurası vahid KİV Bankının yaradılmasını təklif edir”.
Lent.az xəbər verir ki, bunu Şuranın sədri Əflatun Amaşov deyib.
“Biz belə düşünürük ki, bu sistem media və əmək fəaliyyəti ilə bağlı qurumların bazalarına inteqrasiya olunmuş sistem olmalıdır”, - MŞ sədri vurğulayıb.
Onun sözlərinə görə, jurnalistika strateji sahədir: "Bu sahədə çalışan hər bir şəxs barədə bilgilər həmin sistemə daxil edilməlidir. Bu, sahəyə fundamental yanaşmanı təmin edəcək və sui-istifadələrin də qarşısını alacaqdır. Prosesin reallaşması üçün həm media ictimaiyyətinin, həm də müvafiq qurumların iradəsinin olması şərtdir”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu