Tibb Universitetinə yeni prorektor təyin olundu

Azərbaycan Tibb Universitetində rəhbər vəzifəyə təyinat olub. Belə ki, dosent Zülfüqar Musabəyov ATU-nun təlim-tərbiyə işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.
Universitetdən APA -ya verilən xəbərə görə, prorektor Z.Musabəyov yeni təyinata qədər rektorun müşaviri vəzifəsində çalışıb.
Qeyd edək ki, bundan əvvəl ATU-nun tərbiyə işləri üzrə prorektoru vəzifəsini professor Rafiq Məmmədhəsənov icra edirdi.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu