Düşmən aqibətinə yaxınlaşır

Dünya bu çağırışlara qulaq verməlidir

"Düşmən ədalətli sülhdən uzaqlaşdıqca öz vahim aqibətinə daha da yaxınlaşır. Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında videofor¬matda çıxış edərkən işğalçı Ermənistanın faşist dövlət simasını, onun Azərbaycana hücum planlarını növbəti dəfə ifşa etdi. Prezidentin Baş Assambleyanın sessiyasının ümumi debatlarında çıxışının qarşı günlərdə də əsas müzakirə mövzusu olacağı, geniş rəylər doğuracağı şübhəszidir. Cənab İlham Əliyevin beynəlxalq ictimaiyyəti işğalçı Ermənistana sanksiyalar tətbiqinə çağırması, mövzuya mü¬nasibətdə yeni bir səhifənin də açıldığını göstərir və düşmənin ədalətli sülhdən uzaqlaşdıqca öz vahim aqibətinə daha da yaxınlaşdığını ifadə edir".

Bu sözləri tanınmış şair, yazıçı Əkbər Qoşalı deyib. O vurğulayıb ki, heç kəsə sirr deyil ki, bizim respublika da daxil olmaqla, dünya birliyinin diqqəti bu ilin əvvəllərindən qlobal pandemiya ilə mübarizəyə, avqustun əvvəlindən isə Livanın paytaxtı Beyrutdakı dəhşətli partlayışın fəsadlarının aradan qaldırılmasına, digər cari qlobal və regional məsələlərə yönəlib:

"Belə bir ortamda, hiyləgər Ermənistan hakimiyyəti mövcud durum(lar)dan sui-istifadə edərək, öz məkrli siyasətini davam etdirməkdədir.

O məkr və hiylə özünü konkret halda nələrdə göstərir? Nə baş verir? Birincisi, Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşma həyata keçirilir, o cümlədən erməni əsilli livanlılar işğal bölgəsinə köçürülür. İkincisi, qanunsuz infrastruktur layihələr həyata keçirilir, o cümlədən işğalçı ölkədən işğal altındakı Azərbaycan torpaqlarına iznsiz yollar çəkilir. Üçüncüsü, Ermənistan işğal bölgəsindəki ərazilərdə Azərbaycan xalqının min illərə dayalı milli-mədəni irsini məhv edib, dəyişdirir, “erməniləşdirir”. Hətta, işğal bölgəsindəki toponimlər əsassız şəkildə dəyişdirilir və Azərbaycan Respublikasına məxsus təbii sərvətlər qeyri-qanuni istismar edilir. Habelə, Ermənistan müxtəlif ölkələrdən olan muzdluları, o cümlədən əliqanlı terrorçuları (ASALA, PKK mənsublarını) Qarabağa (eləcə də, dövlət sərhəddinə) cəlb edir; onları Azərbaycana qarşı, o cümlədən mülki əhaliyə qarşı əməliyyatlarda istifadə edir".

Ə.Qoşalı qeyd edib ki, Dağlıq Qarabağdakı terrorçu və qondarma rejim başçısının Gəncəni bombalamaqla bağlı sərsəm açıqlaması, Ermənistanda səfərbərlik elan edilməsi, yeni silahlanma siyasətinin yürü¬dülməsi və başqa danılmaz faktlar, müşahidə edilən əlamətlər Ermənistanın yeni – daha böyük müharibəyə başlamaq niyyətində olmasının xəbərçisidir:

"Əlbəttə, işğalçı Ermənistan və havadarlarının qanunsuz əməllərinin siyahısını uzatmaq da olar, lakin bu bəndlər belə, hazırkı durumu təsvir etmək üçün bəs edər. Cənab Prezidentin BMT Baş Assambleyasında səsləndirdiyi, bizim də istinad etdiyimiz fikirlər dünya birliyinin, sülhyaratma mandatı daşıyanların dərindən düşünməsi üçün artıqlaması ilə yetərlidir.

Əgər ikili standartlar, dünya nizamına, dünyəvi ədalətə biganə yanaşma yoxdursa, ilk növbədə və təxirə salınmadan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələri yerinə yetirilməlidir. Prezidentin vurğuladığı kimi, BMT qətnamələrinin icra ilə bağlı vaxt məhdudiyyəti yoxdur və təbii ki, bu gün də qüvvədədir. Cənab Prezidentin vurğuladığı kimi, “Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması BMT-nin nüfuzunu sarsıdır”.

Demək ki, gecikmədən “Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri" yaradılmalıdır. Burada diqqətçəkən məqamlardan biri odur ki, Azərbaycanın dövlət başçısı yalnız problemləri demir, eyni zamanda çıxış yollarını göstərir.

Dövlət başçısının nitqində Azərbaycanın üzləşdiyi ədalətsizlik yalnız bizim problem kimi şərh olunmur, haqlı olaraq, regionu, dünyanı təhdid edən hal kimi təhlil edilir. Göstərilir ki, bu gün bizim yaşadıqlarımız sabah-birisigün daha fərqli formalarda başqa regionlarda da özünü göstərə bilər, arta bilər. Cənab Prezidentin bu yanaşması digər məsələlərə münasibətdə də özünü göstərir. Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və silahlanmaya milyardlarla dollar xərcləmək “baqajı”na malik olmadığını nəzərə alsaq, silahların ona pulsuz verildiyi qənaətinə gəlməliyik. Ağır sosial-iqtisadi durumda olan, bölgənin “dalan dövləti” kimi heç bir inkişaf perspektivi olmayan Ermənistanın milyardlarla dollar məbləğində silah-sursatı necə əldə etməsi BMT orqanlarını, beynəlxalq ictimaiyyəti dərindən düşündürməlidir. Dünya bu çağırışlara qulaq verməlidir və Azərbaycan bu çağırışın gerçəkçi nəticəsini çox gözləməli deyil... Azərbaycan ədalətli münasibəti haqq edir!".

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu