Döyüş qaçılmazdır ! - “Ərazi bütövlüyümüzü müharibə yolu ilə bərpa etməliyik”

“Erməni təxribatları açıq-aydın göstərir ki, İrəvan işğalçılıq siyasətindən əl çəkməyəcək və sülh yoluna getməyəcək”.

Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib. 

Deputat bildirib ki, son günlərdə respublikamızın müxtəlif rayonlarında ehtiyatda olan hərbi vəzifəlilər bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün hərbi təlim toplanışına çağırılır: 



“Bu, bir qədər narahatlıq yaratsa da təşvişə əsas yoxdur. Döyüş qabiliyyətlərinin inkişaf etdirilməsi, hərbi bilik və bacarıqlarının təkmilləşdirilməsi yönündə olan bu hazırlıq müharibə şəraitində olan Azərbaycan üçün vacib şərtdir.

Ermənistan faktiki olaraq danışıqlara getmir. Düşmən ölkə rəhbərinin cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir. Paşinyan deyir ki, Azərbaycan Ermənistanla yox, qondarma rejimlə danışıqlar aparmalıdır. Bu, formatı dəyişdirmək cəhdidir və Azərbaycan heç vaxt razı ola bilməz.

Minsk qrupunun həmsədrləri Ermənistan tərəfinə bu kimi açıqlamaların ziyanlı olduğunu dəfələrlə bildiriblər. Ancaq faydası olmayıb. Ucuz, mənasız, manipulyasiya xarakterli, ziddiyyətli bəyanatların, addımların qayəsi başqadır.

Belə halda Azərbaycan öz ərazi bütövlüyünü müharibə yolu ilə bərpa etməlidir. Çox güman ki, döyüş qaçılmaz olacaq. Hər iki halda itirəcək olan Ermənistandır. Hərbi gücümüz yetərincə çoxdur”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu