Goranboyda ağır qəza: ölən var


Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, Goranboy-Tərtər avtomagistralında “Moskviç” və “KamAZ” toqquşub.

Baş verən hadisə nəticəsində Balakürd kənd sakini, 1961-ci il təvəllüdlü Fariz Camal oğlu Nəbiyev vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu