Professor- “Mövsümi qrip əleyhinə vaksinasiya olduqca önəmlidir” - Video

“Əgər koronavirus xəstəliyi qriplə birlikdə rast gəlinərsə, bu xəstəliyin daha ağır getməsinə səbəb ola bilər. Bu səbəbdən də bütün dünyada qrip xəstəliyi əleyhinə peyvənd etmə işləri aktuallaşıb”.
Lent.az -ın məlumatına görə, bunu professor Akif Qurbanov bildirib.
Professor hazırda mövcud epidemoloji vəziyyətlə bağlı bir sıra məsələlərə aydınlıq gətirib:

“Azərbaycanda hazırda epidemoloji vəziyyət nəzarət altındadır. Buna baxmayaraq, qarşıdan bizi soyuq fəsil gözləyir. Payız-qış mövsümü gəlir. Bu mövsümdə respirator xəstəliklər, tənəffüs yolu ilə yoluxan xəstəliklər, hava damcı xəstəlikləri çoxalır. Ona görə də Covid-19 pandemiyası dövründə payız-qış mövsümü bir qədər problemlər yarada bilər. COVID-19 xəstəliyinə hər hansı bir respirator xəstəliyi qoşulması gözlənilə bilər. Bu, ilk növbədə qrip xəstəliyidir. Qrip əleyhinə vaksinasiya ona görə də hazırkı dövürdə daha çox aktuallaşır. Ondan ötrü ki, əgər koronavirus xəstəliyi qriplə birlikdə rast gəlinərsə, bu xəstəliyin daha ağır getməsinə səbəb ola bilər. Bu səbəbdən də bütün dünyada qrip xəstəliyi əleyhinə peyvənd etmə işləri aktuallaşmışdır. Və demək olar dünyanın bütün ölkələri bu barədə tədbirlər görməkdədir”.

"Nə üçün əvvəllər bu vaksinləri ciddiyə almırdıq" sualını Akif Qurbanov belə izah etdir:


“Əslində qrip əleyhinə vaksinasiya indiki dövrdə elə korona əleyhinə əks epidemik tədbirlərin də bir hissəsidir. Məsələn, qrip əleyhinə vaksinasiya tədbirləri əslində əvvəllər də bizim ölkəmizdə həyata keçirilirdi. Amma bu ciddiliklə həyata keçirilməyib. Biz digər bir virusun, koronavirusun yaratdığı pandemiya dövründə yaşayırıq. Ona görə də məqsədimizi də artıq dedik ki, bu nədən ötrüdür. Biz bu payız-qış aylarında , pandemiyanın gedişində müəyyən çətinliklərlə üzləşməsək yaxın vaxtlarda, yəni gələn ildən etibarən covid vaksinlərinin istifadəsi artıq bizi pandemiya təhlükəsindən xilas etməkdə çox böyük bir köməklik göstərəcək”.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu