Rusiyada son sutkada daha 7563 nəfər COVID-19-a yoluxdu

Rusiyada son sutka ərzində daha 7563 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 143 571 nəfərə çatıb.
Son sutka ərzində 169 nəfərin koronavirusdan öldüyü bildirilib.
Ümumilikdə koronavirusdan ölənlərin sayı 20 225 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə durur.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu