Bakıda yüzlərlə küçə dezinfeksiya edildi - FOTO

Bu gün Bakıda 553 küçə dezinfeksiya edilib.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti məlumat yayıb.
Sentyabrın 26-da BŞİH-nin strukturlarının tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və Daxili İşlər Nazirliyinin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyilə artıq 13-cü dəfə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 553 küçədə dezinfeksiya işləri görülüb.

Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu