Gürcüstan Azərbaycanlıları Konqresi: Həmişə xalqımızın yanındayıq !


Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) Azərbaycanın Dağlıq Qarabağ regionundakı hərbi əməliyyatlarla bağlı bəyanat yayıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bəyanatda Ermənistanın işğalçılıq əməlləri pislənilib və Azərbaycan ordusuna haqq işində dəstək ifadə edilib.

 "Azərbaycan ərazisinin 20%-i erməni separatçıları tərəfindən işğal edilib. İşğal altındakı torpaqlarını azad etmək Azərbaycan Respublikasının və Azərbaycan xalqının haqq işidir. Bütün dünya ictimaiyyətini Azərbaycan torpaqlarında ədaləti bərqərar etməyə, Azərbaycanın haqq mübarizəsində ona dəstək olmağa çağırırıq! Bu müqəddəs doyüşlərdə Azərbaycan Əsgərinə qələbələr diləyirik! Biz Gürcüstan Azərbaycanlıları Konqresi olaraq həmişə xalqımızın yanındayıq!",- deyə GAK-ın bəyanatında qeyd olunub.