Ermənistanın futbol çempionatı dayandırıldı

Ermənistanda futbol üzrə ölkə çempionatı dayandırılıb.
Apasport.az saytının məlumatına görə, buna səbəb ölkədə hərbi vəziyyət səbəbindən səfərbərliyin elan olunmasıdır.
Ermənistan Futbol Federasiyasının mətbuat xidməti Dağlıq Qarabağda baş verən hadisələrə görə futbol yarışlarının dayandırıldığını bəyan edib. Bildirilib ki, hərbi vəziyyətin sonuna qədər ölkədə heç bir futbol yarışı keçirilməyəcək.
Qeyd edək ki, avqustda start götürən Ermənistan çempionatında 5 tur olub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu