Prezidentin köməkçisi: “Bu, Azərbaycan tarixində böyük bir vətən müharibəsidir”

“Hər bir xalqın tarixində belə hallar olur. Bu, Azərbaycan tarixində böyük bir vətən müharibəsidir”.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirilən brifinqdə bildirib.
“Belə məqamda dövlətlərin əsl mövqeyini görmək də istəyirik”, - deyə o qeyd edib.

H.Hacıyev əlavə edib ki, Azərbaycanda hərbi vəziyyət elan olunub:

“Bu gün də ölkədə qismən səfərbərliklə bağlı ölkə başçısı sərəncam imzalayıb”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu