Ermənilərin atdığı mərmi yaşayış evlərinə düşdü - Ağdamda

Ermənistan silahlı qüvvələri cəbhə xəttində yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir.
"Sherg,az"ın Qarabağ bürosunun verdiyi xəbərə görə, düşmən tərəfindən atılan mərmilər Ağdamın Çəmənli kənd sakinləri Rüxsarə Şahbazova və Adil Şükürova məxsus yaşayış evlərinə düşüb. Nəticədə hər iki ev dağılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu