Ukraynalı deputat: “Ermənilər, Qarabağ sizin torpağınız deyil..." 

Ermənistan Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatlara başlayıb. Erməni KİV isə saxta və təxribat xarakterli məlumatların yayılmasında çox fəaldır.
Bunu Ukrayna Ali Radasının deputatı Lyudmila Marçenko AZƏRTAC-a müsahibəsində deyib:
“Ermənilər, Qarabağ sizin torpağınız deyil. Xalqınıza yanlış məlumat verməyi, alçaq yalanları və Azərbaycan torpaqlarına hücumları dayandırın”.

Millət vəkili qeyd edib ki, Ermənistanın silahlı qüvvələri geniş miqyaslı təxribatlar törədərək, Azərbaycan ordusunun bütün cəbhə boyu mövqelərini intensiv atəşə tutublar.

“Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”, - L.Marçenko qeyd edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu