Merkel Navalnını gizli ziyarət edib

Almaniya kansleri Angela Merkel Berlində “Charite” klinikasında müalicə olunan rusiyalı müxalif Aleksey Navalnını gizli şəkildə ziyarət edib.
Bu barədə “Der Spiegel” xəbər yayıb.
Qeyd edilir ki, son dərəcə gizli şəkildə olan bu qeyri-adi jestlə Merkel Alman hökumətinin rus müxalif siyasətçisi ilə həmrəyliyini bildirib.
Xatırladaq ki, Navalnı 32 gün “Charite” klinikasında olub. Hazırda Almaniyada reabilitasiya kursunu davam etdirir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu