Bakı metrosunun fəaliyyətində dəyişiklik olacaqmı? - AÇIQLAMA

“Metropolitenin iş qrafikində hər hansı dəyişiklik nəzərdə tutulmayıb”.
Bu barədə "Sherg.az"ın sorğusuna cavab olaraq, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, metropoliten stansiyaları səhər saat 6:00-dan gecə 00:00-a qədər sərnişinlərin girişinə açıq olacaq:

“Sərnişinlərin diqqətinə çatdırırıq ki, mövcud vəziyyətdə “Bakı metropoliteni”nin iş qrafikində hər hansı dəyişiklik nəzərdə tutulmayıb. Metropoliten stansiyaları, əvvəlki qayda ilə, səhər saat 6:00-dan gecə 00:00-a qədər sərnişinlərin girişinə açıq olacaq”.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin ölkəmizin Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə bütün ölkə ərazisində 2020-ci il 28 sentyabr saat 00:00-dan hərbi vəziyyət elan edilib.

Həmçinin, bir sıra regionlarda, o cümlədən, paytaxt Bakı şəhərində hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu