Əməliyyatların nəticəsi: “Ermənistan sülhə məcbur olacaq”

Azərbaycan Müdafiə Nazirliyi düşmənin itkiləri ilə bağlı rəsmi açıqlama verib. Nazirliyin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib ki, Ermənistan Müdafiə Nazirliyi hər zaman olduğu kimi, verdiyi itkiləri gizlədir:
“Kəşfiyyat qrupumuzun əldə etdiyi məlumata əsasən, 24 tank və hərbi texnikası, səkkiz artilleriya qurğusu, 18 PUA, 15 zenit-raket kompleksi (OSA) məhv edilib, 550 nəfərdən artıq itkisi var. Düşmənin itkiləri arasındakı bəzi cəsədlərin Suriyadan gətirilənlərə aid olduğu aşkar edilib”.

 Düşmən növbəti təxribatı törətsə də, ordumuz dərhal genişmiqyaslı əks -hücum əməliyyatlarına başlayıb. Ermənilər qısa müddət ərzində layiqli cavabını alaraq, böyük itkilər verib. Azərbaycan ordusu yeddi kəndimizi, Murov dağı silsiləsindəki Murov zirvəsi və Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəkliyi işğalçı qüvvələrdən təmizləyib. Mövcud durum Ermənistan cəmiyyətində ciddi təşvişə səbəb olub. 



Mövcud proseslərlə bağlı “Sherg.az”a danışan millət vəkili Asim Mollazadə bildirib ki, bu gün erməni təxribatına cavab verən Azərbaycan Silahlı Qüvvələri əslində sülhməramlı missiyanı həyata keçirir:

“Azərbaycanın istəyi Ermənistanı sülhə məcbur etməkdir. Ona görə də ordumuz mülki əhalinin, uşaqların və qocaların qatili olan xain ermənilərə layiqli cavabını verir! Düşmənin itkiləri gizlətməsi onların durumunun gərgin olduğunu bir daha sübut edir. Əminəm ki, bu əməliyyatların nəticəsi olaraq Ermənistan sülhə məcbur olacaq. Ona görə də hazırda apardığımız əməliyyatların məqsədi tezliklə sülhə nail olmaqdır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu