“Çox sevinirəm, ordumuz torpaqlarımızı azad edir”

Şübhəsiz ki, dünəndən bu günə -27-28 sentyabr- yaşananlar şanlı Azərbaycan tarixinə qızıl hərflərlə yazılır. İndi torpaqlarımızın işğal tarixlərinin yerini, azad olunduqları gün əvəzləyir. Belə davam edəcəyinə, şanlı ordumuzun Qarabağı düşmən tapdağından azad edəcəyinə güvənimiz tamdır.

Yeddidən yetmişə hər kəs, əli ürəyində, dualarla qələbə xəbəri gözləyir.İllərdir, yurd-yuvasından ayrı düşmüş həmvətənlərimiz göz açdıqları torpaqlara qayıtmaq üçün gün sayır.

“Sherg.az” isə belə əlamətdar bir dövrdə tanınmış ziyalıların fikirlərini öyrənərək xalqa çatdırır. Elə xalq yazıçısı Anar da keçirdiyi hissləri bizimlə bölüşərək bunları söyləyib:

“Nə deyə bilərəm.Çox sevinirəm ki ordumuz torpaqlarımızı azad edir. Arzu  edirəm ki, bütün torpaqlarımız azad olunsun. Hamımız sevinək!”

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu