Şəraitdən istifadə etmək lazımdır ! - “Moskva hələ ki, məsələyə qarışmır” – Türkiyə amili ! 

“Rusiyanın müdaxiləsi üçün əsas da yoxdur. Öz torpaqlarımızda anti-terror əməliyyatları keçiririk”

 “Kreml Türkiyə amili ilə hesablaşır. İnanmıram, Rusiya Ermənistana görə Cənubi Qafqazda Türkiyə ilə üz-üzə gəlmək istəsin”

“Rusiya sadəcə yüngül açıqlamalarla çıxış edir. Onalara fikir vermək lazım deyil”



Yəqin ki, çoxları “Fəryad” filminə baxıb. Hərbçimizi əsir götürən düşmən tərəfi müntəzəm olaraq rayonlarımızın işğal edilməsi xəbərini alır və hər dəfə bunu sevinclə qeyd edir. İndi əksinədir.  Tarix öz sözünü deməyə, ədaləti yerbəyer etməyə başlayıb. Düz otuz ildən sonra şanlı Azərbaycan ordusu əks-hücum əməliyyatlarına başladı. Bundan sonrasını düşmən düşünsün. Görək neçə gün, neçə saat Azərbaycan əsgərləri qarşısında tab gətirə biləcəklər? Hər halda yuvasını tapa bilməyən qarışqalar kimi pərən-pərən olmağa çoxdan başlayıblar.

 Politoloq Elxan Şahinoğlu mövcud vəziyyəti “Sherg.az”a təhlil edib. Onun sözlərinə görə, baş verən hadisələr qələbəyə aparır:


“Ermənistanın belə tez təslim olub, ağ bayraq qaldıracağına inanmıram. Yəni müqavimət göstərəcək. Amma düşmənin mövqeləri getdikcə zəifləyir. Paşinyana müxalifətin təzyiqi artır. Keçmiş prezident Köçəryan hər an Paşinyana deyə bilər ki, biz torpaqları işğal etdik, sən isə iki günə əldən verdin. Həm də Köçəryan Ermənistanın resurslarının tükəndiyini etiraf edir.

Deməli, belə olan halda biz qarşı tərəf şərtlərimizi qəbul edənədək hücuma ara verməməliyik. Şərtlərimiz isə çox sadədir: Ermənistan qoşunları işğal altındakı torpaqlardan çıxır və Dağlı Qarabağa muxtariyyət verilir. Razı deyilsə, əks-hücum əməliyyatlarına sonadək davam etməliyik. Prezident İlham Əliyevin də dediyi kimi, yarımçıq həll bizim maraqlarımıza cavab vermir. Məsələni birdəfəlik həll etmək üçün imkan da var, zəmin də”.

Politoloq, həmçinin Rusiyanın məsələyə münasibəti barədə də danışıb: 

“Bir neçə dəfə məhz Kreml bizim qarşımızı alıb. Amma bu dəfə ciddi təzyiq göstərmir. Paşinyan Putinə zəng edib, Azərbaycan ordusunu dayandırmağı xahiş etsə də, rəsmi Moskva hələ ki, məsələyə qarışmır. Çünki buna əsas da yoxdur. Biz öz torpaqlarımızda anti-terror əməliyyatları keçiririk, başqasının torpağı ilə işimiz yoxdur. Üstəgəl, Kreml Türkiyə amili ilə hesablaşır. İnanmıram, Rusiya Ermənistana görə Cənubi Qafqazda Türkiyə ilə üz-üzə gəlmək istəsin. Rusiya sadəcə yüngül açıqlamalarla çıxış edir.

Onalara fikir vermək lazım deyil. 2016-cı ildə təzyiq daha güclü idi. Lavrov, Şoyqu ard-arda zənglər edirdilər. İndiki şəraitdən istifadə etmək lazımdır”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu