Komendant saatında deputatlar xidməti vəsiqə ilə hərəkət edəcək


Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində Milli Məclisinin deputatları və Aparatının əməkdaşlarının hərəkətinə xidməti vəsiqə ilə icazə veriləcək. 

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” qərarında əksini tapıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu