Rusiyada daha 61 nəfər koronavirusdan öldü

Rusiyada son sutka ərzində daha 8135 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 159 573 nəfərə çatıb.
Son sutka ərzində 61 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 20 385 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu