Düşmən dinc əhalini hədəf alır ! – “Bu, bir daha erməni vəhşiliyini göstərir”

Dünən Ermənistan Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Ordumuz dərhal genişmiqyaslı əks- hücum əməliyyatlarına başlayıb. Düşmən qısa müddət ərzində layiqli cavabını alaraq, böyük itkilər verib.


Buna baxmayaraq, düşmən xain əməlindən əl çəkmək bilmir. Ermənilər artıq üç gündür, yenidən Azərbaycana qarşı hərbi təxribatlara başlayıblar. Onlar kənd və şəhərlərə top atəşləri açaraq dinc sakinləri hədəf alırlar. Təbii ki, dövlətimiz də buna göz yuma bilməzdi. Ermənilərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, işğalçı siyasətlərini davam etdirdilər.

Baş verənləri “Sherg.az”a şərh edən millət vəkili Tahir Kərimli “Sherg.az”a açıqlamasında bildirib ki, hazırkı vəziyyətlə bağlı bütün məsuliyyət birmənalı şəkildə Ermənistanın üzərində qalır:

“Torpaqlarımızı da işğal edən, mənəvi dəyərlərimizə zərbə vuran da ermənilərdir. Generalımızı və zabitlərimizi şəhid edən də, üstəlik dünən səhər saatlarında müxtəlif çaplı silahlardan və toplardan ilk atəş açıb sivil insanlarımızın canına qəsd edən də onlardır.

Bunlara baxmayaraq Azərbaycan ordusu bu təxribatların qarşısını almağa və düşmənə layiqli cavab verməyə hazır idi.

Eyni zamanda ölkə başçısı BMT-nin xüsusi sessiyasında çıxış edərək ermənilər bu təxribatlarını dünya ictimaiyyətinə çatdırdı. Şübhəsiz ki, məsuliyyət birmənalı şəkildə Ermənistanın üzərində qalır”.

Deputatın sözlərinə görə, dinc əhalimizi atəşə tutan separatçı rejim faşist Almaniyasından da yırtıcıdır:

“Ermənilər vəhşiliklə dinc əhalini hədəf alırlar. Bu bir daha erməni vəhşiliyini göstərir. Hətta faşist Almaniyası tutduğu ölkələrdə dinc əhalini bunlar kimi öldürməyib. Onlar isə top atəşləri ilə dinc əhalini öldürürlər. Ermənilər bununla yerli əhalidə qorxu yaratmağa çalışırlar. Lakin əhalidə ruh yüksəkliyi var.

Heç kəs yaşadığı yerdən qaçmır. Sonadək mübarizəmizi aparacağıq və torpaqlarımızı ermənilərdən azad edəcəyik. Zaman gələcək beynəlxalq məhkəmə qurulacaq və ermənilərin bu murdar hərəkətləri ifşa olunacaq”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu