Ceyhun Bayramov Pakistanın Azərbaycandakı yeni səfiri ilə görüşündən paylaşım edib 

Xarici İşlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Bilal Haye ilə görüşündən paylaşım edib.
Bu barədə C.Bayramov “Twitter” hesabında paylaşıb:
“Pakistanın yeni səfiri Bilal Haye etimadnaməsinin surətini aldı.
İkitərəfli münasibətlər, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü, mülki əhalinin və mülki obyektlərin atəşə tutması müzakirə edildi”.
C.Bayramov qardaş ölkə Pakistanın nümayiş etdirdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu