Xalq artisti: “Hər zaman əsgərlərimizin yanındayıq”

“İnşallah tezlilkə bütün işğal olunmuş ərazilərimiz azad ediləcək”

Dünən səhər saatlarından etibarən cəbhədən müjdəli xəbərlər eşidirik. Ordumuzun şərəfli savaşı xalqımızın zəfərə inamını daha da artırır. Hamı qələbə xəbərini gözləyir. Bir sözlə bütün Azərbaycan tək ürək olub Qarabağda döyünür.
Bu çətin və qürurlu günləri “Sherg.az”a dəyərləndirən  xalq artisti Alim Qasımov da əsgələrimizin uğurlu addımlarının  xalqımızı sevindirdiyini söyləyib. Sənətkar daim  igidlərimiz üçün dua etdiyini də bildirib:

“Şəhidlərimizin ruhu şad olsun. Yaralananlara Allah şəfa versin.  Allah cənab prezidentimizin köməyi olsun. O düşmənlərə sinə gərib bu işləri görür. Allah özü dayağında dursun. Biz də hər zaman əsgərlərimizin yanındayıq. İnşallah tezlilkə bütün işğal olunmuş ərazilərimiz azad ediləcək”.

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu